Ermənistanda 465 min dollar mənimsəyən keçmiş mer saxlanıldı

Ermənistanda 465 min dollar mənimsəyən keçmiş mer saxlanıldı
DÜNYA
22:18 09.12.2021
335
Ermənistanda Vardenis şəhərinin keçmiş meri Aram Arutyunyan saxlanılıb.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə, dələduzluq və sənədlərin saxtalaşdırılmasında ittiham edilib.

İstintaq müəyyən edib ki, Arutyunyan tabeliyində olanlarla birgə aztəminatlı şəxslər üçün ayrılmış 231,9 milyon dram (təxminən 465 min ABŞ dolları) həcmində dövlət vəsaitləri müxtəlif yollarla mənimsəyib.

Keçmiş mer və əlaltıları əməllərini etiraf ediblər.
OXŞAR XƏBƏRLƏR