Ermənistanda 502 vəkil polis rəisinin istefasını tələb edir

Ermənistanda 502 vəkil polis rəisinin istefasını tələb edir
DÜNYA
19:51 11.07.2023
189
Ermənistanın vəkilləri ölkə polisinin rəisi Aram Ovannisyanın istefası tələbi ilə üç günlük etiraz aksiyasına başlayıblar.

Onlar Vəkillər Palatasının binasından Daxili İşlər Nazirliyinə doğru yürüş təşkil edib.

"502 vəkil polis rəisinin "vəkillik peşəsinin düşməni" kimi tanınması təşəbbüsünə qoşulub. Bizim aksiya dövlət qurumu kimi polisə qarşı deyil, hüquq-mühafizə strukturunda baş verən zorakılığa qarşı yönəlib. Dəfələrlə baş verən hadisələr onu göstərir ki, strukturda hər şey qaydasında deyil. Bizim qəti addımlarımız polis strukturunda vəziyyəti dəyişməyə kömək edəcək”, - Vəkillər Palatasının keçmiş rəhbəri Ara Zoqrabyan jurnalistlərə müsahibəsində bildirib.

Vəkillər Daxili İşlər Nazirliyinin binasına "Aram Hovhannisyan vəkillik peşəsinin düşmənidir” yazılmış plakat gətiriblər.

Ermənistanın daxili işlər naziri Vahe Qazaryan etiraz edən vəkillərlə görüşə razılıq verib.

Aksiyanın başlanmasına səbəb müvəkkilini polis zorakılığından qorumağa çalışan vəkil Karen Alaverdyanın saxlanılması və ona qarşı güc tətbiq edilməsi olub.
 
///Apa
OXŞAR XƏBƏRLƏR