Ermənistanda bankda partlayış: 1 nəfər öldü

Ermənistanda bankda partlayış: 1 nəfər öldü
DÜNYA
15:11 06.07.2022
260
Ermənistanın Araqatsotn rayonunda yerləşən Aştarak bankındakı partlayışın səbəbi məlum olub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisəyə qaz sızmasının səbəb olduğu bildirilir. 

Vurğulanıb ki, partlayış nəticəsində 1 nəfər ölüb, 6 nəfər isə yaralanıb. Onlardan 2-nin xəsarətləri yüngül olduğundan artıq evə buraxılıb. Digərləri Milli Yanıq Mərkəzinə aparılıb.

Faktla bağlı cinayət işi başlanılıb, ibtidai araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR