Ermənistanda son sutka ərzində 766 nəfər koronavirusa yoluxub, 10 nəfər isə dünyasını dəyişib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilir ki, ölənlərdən 4-ü qadın, 6-sı kişidir. Bununla da ölkədə Covid-19-dan dünyasını dəyişənlərin sayı 200, xəstələrin sayı isə 13 min 130 nəfər olub.
Qeyd edək ki, Ermənistanda martın 16-dan iyunun 13-dək fövqəladə vəziyyət rejimi elan edilib.