Ermənistanda son sutkada 697 nəfər koronavirusa yoluxub.
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook”da canlı yayımda bildirib.
"697 yeni yoluxma faktı qeydə alınıb. Bu o deməkdir ki, tibb müəssisələrimiz artıq müalicəyə ehtiyacı olan yeni pasiyentləri qəbul etmək gücündə deyil”, - N.Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, son sutkada Ermənistanda COVID-19-dan daha 9 nəfər ölüb.