Ermənistanda daha bir hərbçi öldü

Ermənistanda daha bir hərbçi öldü
DÜNYA
09:13 02.10.2026
175
Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbi qulluqçusu ölüb.

Bu barədə "Pastinfo” Ermənistan Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlikdən bildirilib ki, ilkin məlumata görə, hərbçinin ölümü xidmətlə əlaqəli olmayan səbəbdən qəfil baş verib.

Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan hadisənin Sisian hərbi hissəsi ilə heç bir əlaqəsinin olmadığını bildirib.

Qeyd olunub ki, nazirlik, bir qayda olaraq, hərbi xidmətlə əlaqəli olmayan ölüm halları barədə məlumat yaymır.
 
///modern.az///
OXŞAR XƏBƏRLƏR