Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Ermənistanda hərbi komissarlıqlardan birinin podpolkovnik rütbəli əməkdaşı həbs edilib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib.
“Ermənistan Müdafiə Nazirliyinin xüsusi hərbi polis xidməti əməkdaşları tərəfindən hərbi komissarlıqlardan birinin podpolkovnik rütbəli əməkdaşı həbs edilib”, - Ovannisyanın məlumatında deyilir.
Onun sözlərinə görə, təfərrüatlar tezliklə açıqlanacaq.
///Oxu.Az