Ermənistanda daşqında üç nəfər ölüb

Ermənistanda daşqında üç nəfər ölüb
DÜNYA
22:56 26.05.2024
325

Ermənistanın şimalında baş verən daşqın nəticəsində üç nəfər ölüb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. 

"Fəlakət zonasında üç qurban var. Xilasedicilər Sanain körpüsünün yaxınlığında naməlum vətəndaşın meyitini çıxarıblar. Hağtanak kənd sakini 1948-ci il təvəllüdlü Avaq Avaqyanın meyiti Ayrım kəndindəki futbol meydançasının yaxınlığından çaydan çıxarılıb. 1985-ci il təvəllüdlü Sarıbek Balyanın meyiti Şınıx kəndi yaxınlığında çaydan çıxarılıb”, – DİN-in məlumatında qeyd olunub.

OXŞAR XƏBƏRLƏR