Ermənistanda etiraz aksiyası keçirilir

Ermənistanda etiraz aksiyası keçirilir
MANŞET
13:46 16.11.2018
4696
Ermənistandakı ictimai-siyasi vəziyyət daha da gərginləşir.

İşğalçı ölkənin vətəndaşları hökumətdən sosial problemlərin həllini tələb edirlər. Aksiyalara gənc alimlər də qoşulub.

"Biz də varıq” şüarı səsləndirən etirazçılar dövlət büdcəsindən elmə ayrılan vəsaitlərin azaldılmasına narazılıqlarını bildirirlər. Gənclərin sözlərinə görə, onlar üçün ölkədə heç bir perspektiv yoxdur. Cüzi məbləğdə əməkhaqqı ilə elmi nailiyyət əldə etmək mümkün deyil. Üstəlik, dövlət mövcud problemləri aradan qaldırmaq əvəzinə, institutların binalarını satmaqla onların fəaliyyətini məhdudlaşdırır. Məsələn, bu günlərdə Üzvi Kimya İnstitutunun Elmi-Texniki Mərkəzinin yerləşdiyi bina biznes fəaliyyəti ilə məşğul olan şəxsə verilib. Bunun pis nümunə olduğunu vurğulayan etirazçılar təkliflərini yazılı surətdə Elm və Təhsil Nazirliyinə təqdim etməyə hazırlaşırlar.

Vaxtilə Ermənistana gəlib burada məskunlaşan ailələr də hakim dairələrdən narazılıq edirlər. Onların sosial rifahının yaxşılaşdırılması gələn ilin dövlət büdcəsində də əksini tapmayıb. Aksiya iştirakçıları bildirirlər, burada uzun müddətdir məskunlaşsalar da, yaşayış yerləri ilə təmin olunmayıblar: "Bizə deyirlər ki, siz gəlməsiniz. Bizə yuxarıdan aşağı baxırlar, sanki düşmənik. Niyə bizim övladlarımız utanc içərisində yaşamalıdır. Uşaqlarımız məktəbə belə gedə bilmirlər. Bizim vətəndaşlıq pasportumuz, seçim hüququmuz belə yoxdur”.

"Qaçqınların səsi” təşkilatının rəhbəri Oksana Musaelyan baş nazirin müavini Tiqran Avinyonla görüşdüyünü açıqlayıb. O deyib ki, verilən vədlər reallığı əks etdirmir. Avinyon onlara donor təşkilatlara müraciət edəcəyini bildirib. Lakin donor təşkilatlar bunun Ermənistanın daxili işi olduğunu bildirib. Problemi hakim dairələr həll etməlidir. Ermənistan hökuməti heç 30 il əvvəl baş vermiş zəlzələnin nəticələrini aradan qaldıra bilmir. Təbii fəlakətdən zərər çəkən Gümrü sakinlərin yoxsulluğuna görə ilk yerdədir. Burada yaşayanların yarıdan çoxu ifrat dərəcədə yoxsul həyat sürürlər. Lori sakinləri isə deyirlər ki, onlar artıq bu yerlərdə yaşaya bilmirlər. Spitakda da eyni vəziyyət hökm sürür. Zəlzələdən 30 il keçməsinə baxmayaraq, problemlər olduğu kimi qalır. Bu isə insanların həyatını cəhənnəmə çevirib. (AZƏRTAC)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
14:33 20.09.2025
Əliyevin Ruanda Prezidenti ilə nahar əsnasında geniş tərkibdə görüşü olub
Şəmistan Nəzirli vəfat edib
14:31 20.09.2025
Şəmistan Nəzirli vəfat edib
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
12:59 20.09.2025
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
12:53 20.09.2025
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
12:49 20.09.2025
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
Xankəndidə Şəhər Günü qeyd olunur
12:45 20.09.2025
Xankəndidə Şəhər Günü qeyd olunur
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
12:41 20.09.2025
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
12:41 20.09.2025
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO