Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində minaatan mərmisi partlayıb.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, insident iyulun 8-də saat 16:00 radələrində bölmələrdən birinin poliqonunda təlim zamanı baş verib. Nəticədə hərbçilər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.
Nazirlik qeyd edib ki, ehtiyac yarandıqda zərərçəkənlərin sağlamlıq vəziyyəti ilə bağlı əlavə məlumat verəcəklər.
/Unikal