Ermənistanda hərbi hissədə silahlı insident - 1 hərbçi öldü, 2-si yaralandı

Ermənistanda hərbi hissədə silahlı insident - 1 hərbçi öldü, 2-si yaralandı
DÜNYA
10:24 11.12.2021
339
Ermənistanda hərbçi əsgər yoldaşını güllələyərək öldürüb.

Məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.

Hadisə Ermənistanın cənubunda yerləşən hərbi hissələrdən birində baş verib.

Kimliyi açıqlanmayan əsgərin açdığı atəş nəticəsində 2002-ci il təvəllüdlü Senik Arzumanyan ölüb.

Atəş açan əsgər daha 2 hərbçi yoldaşını yaralayıb.

Hadisənin təfərrüatı araşdırılır.
 
\Report
OXŞAR XƏBƏRLƏR