Ermənistanın N saylı hərbi hissəsində xidmət edən müqaviləli hərbi qulluqçu David Armenoviç Manukyanın meyiti aşkarlanıb. AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. Hadisənin başvermə şəraitinin tam aydınlaşdırılması məqsədilə araşdırma aparılır.