Ermənistanda iki sabiq məmur Baş Prokurorluğa çağırıldı

Ermənistanda iki sabiq məmur Baş Prokurorluğa çağırıldı
DÜNYA
16:18 11.07.2022
311
Ermənistan Baş Prokurorluğu İrəvanın keçmiş meri Taron Markaryan, keçmiş Baş prokuror Gevorq Kostanyan və onların ailə üzvlərini dindirməyə çağırıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.

Markaryan və onun ailə üzvləri iyulun 14-də Baş Prokurorluqda olmalıdırlar. Adıçəkilən şəxslər qanunsuz yolla əldə edilmiş əmlakla bağlı sorğu-sual ediləcəklər.

Kostanyan isə iyulun 19-da Baş Prokurorluqda dindirilməlidir.

Xatırladaq ki, hər iki sabiq məmur barəsində cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR