Ermənistanda iki seçki komissiyasının sədri saxlanılıb

Ermənistanda iki seçki komissiyasının sədri saxlanılıb
DÜNYA
11:02 07.06.2026
229
Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaahn Hovakimyan parlament seçkiləri ilə bağlı keçirilən ilk mətbuat konfransında seçki prosesi zamanı bəzi insidentlərin qeydə alındığını açıqlayıb.

AZXEBER.COM Ermənistan mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, ölkə üzrə 2005 seçki məntəqəsindən 48-də komissiya üzvləri arasında çatışmazlıqlar qeydə alınıb.

Hovakimyan bildirib ki, iki seçki məntəqəsinin sədri və bir katibi də daxil olmaqla, ümumilikdə 50 komissiya üzvü müxtəlif səbəblərlə vəzifə başında olmayıb.
 
MSK sədri qeyd edib ki, bəzi hallarda iştirak etməyən şəxslərin gecə saatlarında saxlanılması da baş verib: "Onlar bir gecədə saxlanılıblar. Eyni zamanda, komissiya sədrinin anasının vəfat etdiyi hal da var. Bu məsələlər, əsasən, insan amili ilə bağlıdır”.

O, bəzi seçki məntəqələrində texniki problemlərin də yaşandığını, səsvermə cihazlarının seçici məlumatlarını çap etməsində kiçik uyğunsuzluqların qeydə alındığını əlavə edib. Belə hallarda seçicilərə siyahıda adlarının qarşısında imza atmaq tövsiyə olunub.

Hovakimyan vurğulayıb ki, Ermənistan Seçki Məcəlləsi bu cür vəziyyətlərdə seçki prosesinin davam etdirilməsinə və zərurət yarandıqda yeni komissiya üzvlərinin təyin olunmasına imkan verir.

Qeyd edək ki, Ermənistanda keçirilən parlament seçkilərində 18 siyasi qüvvə – 16 partiya və 2 blok mübarizə aparır. Səsvermə hüququna isə təxminən 2,48 milyon vətəndaş malikdir.


OXŞAR XƏBƏRLƏR