Ermənistanda İraq vətəndaşı özünü və iki polisi güllələdi

Ermənistanda İraq vətəndaşı özünü və iki polisi güllələdi
DÜNYA
12:02 20.07.2024
172
Ötən gecə əcnəbi şəxs Ermənistanın Kotayk vilayətində polis bölməsində avtomat silahından atəş açıb, nəticədə iki polis əməkdaşı yaralanıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə "Sputnik-Ermənistan” məlumat yayıb.

Qeyd edilib ki, həmin şəxs daxil olan siqnal əsasında bölməyə gətirilib. O, bölmədə polis əməkdaşlarından birinin avtomat silahını götürərək özünü güllələmək istəyib. Nəticədə həm özü, həm də iki polis nəfəri yaralanıb.

Hazırda faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR