Ermənistan parlamentinin keçmiş deputatı Ruben Akopyan hakimiyyəti ələ keçirməyə çağırışlarla bağlı cinayət işi üzrə saxlanılıb.
Bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Akopyan 2025-ci il iyulun 1-də verdiyi müsahibədə hakimiyyətin zorakılıqla ələ keçirilməsi çağırışlarını açıq şəkildə səsləndirib. Bununla bağlı bu gün ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci bəndi ilə cinayət işi açılıb. O, artıq saxlanılıb.
/report