Ermənistanda koronavirusa yoluxma ilə bağlı son statistika açıqlandı

Ermənistanda koronavirusa yoluxma ilə bağlı son statistika açıqlandı
DÜNYA
18:09 24.04.2022
376
Ermənistanda son sutkada daha 3 nəfərdə COVID-19 aşkarlanıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 422 825-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölən olmayıb, ümumilikdə 8 622 nəfər vəfat edib.

İndiyədək 410 558 pasiyent infeksiyadan sağalıb. Hazırda ölkədə 1 962 aktiv koronavirus xəstəsi var.
OXŞAR XƏBƏRLƏR