Ermənistanda koronavirusdan daha 15 nəfər öldü

Ermənistanda koronavirusdan daha 15 nəfər öldü
DÜNYA
18:33 23.04.2021
486
Ermənistanda son sutkada koronavirusa 715 yoluxma qeydə alınıb.

AZXEBER.COM xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 212 114-ə çatıb.

Məlumata görə, ölkədə son sutkada daha 15 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin ümumi sayı 3 984 nəfərə yüksəlib.

Koronavirusa yoluxan 192 281 nəfər sağalıb. Hazırda 14 854 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.
 
\Report.az

OXŞAR XƏBƏRLƏR