Tovuz rayonunda silahlı insident baş verib.
AZXEBER.COM xəbər verir ki, rayon sakini olan qadın odlu silahdan açılan atəşlə qətlə yetirilib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Qətlin qadının qardaşı oğlu tərəfindən törədildiyi bildirilir.
Faktla bağlı araşdırma başlanılıb.











































