Ermənistanda müdafiə naziri dəyişikliyi: Karapetyan getdi, Papikyan gəldi

Ermənistanda müdafiə naziri dəyişikliyi: Karapetyan getdi, Papikyan gəldi
DÜNYA
13:13 15.11.2021
827

Ermənistanın müdafiə naziri Arşak Karapetyan vəzifəsindən azad edilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla bağlı prezident Armen Sarkisyan fərman imzalayıb. Baş nazirin müavini Suren Papikyan ölkənin müdafiə naziri təyin edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl Karapetyan qanunsuz olaraq Xankəndiyə gəlmişdi. Həmçinin o, bir sıra təxribatçı hərəkətlər etmişdi.

OXŞAR XƏBƏRLƏR