Ermənistanda müxalifət liderlərindən biri həbs edildi

Ermənistanda müxalifət liderlərindən biri həbs edildi
DÜNYA
11:23 22.09.2023
103
Ermənistan polisi sentyabrın 22-də səhər saatlarında müxalifət liderlərindən sayılan, "Ana Ermənistan" Partiyasının sədri Andranik Tevanyanı saxlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

O, 1974-cü ildə İrəvanda anadan olub. 2021-2023-cü illərdə Ermənistan parlamentinin deputatı olub. Bu il İrəvan şəhər bələdiyyəsinə üzv seçilib. 2003-2013-cü illərdə Rusiya-Ermənistan Universitetində müəllim işləyib. A.Tevanyan Rusiyayönlü siyasi təşkilatın başçısıdır.

A.Tevanyan Qarabağın Azərbaycanın ərazisi olaraq tanınmasına qarşı çıxıb. Eyni zamanda son günlər İrəvanda hökumətə qarşı keçirilən etiraz aksiyasının təşkilatçılarından hesab olunur. 
 
Gülay
OXŞAR XƏBƏRLƏR