İrəvanda başından güllə yarası almış polis əməkdaşının meyiti tapılıb.
Bu barədə shamshyan.com kriminal xəbər saytı məlumat yayıb.
Qeyd olunur ki, saat 14:00 radələrində hadisə ilə bağlı polis idarəsinə zəng daxil olub. Meyit Ermənistan polisinin Dövlət Təhlükəsizliyi Baş İdarəsinin cavabdeh olduğu ərazidə tapılıb.
Hadisə yerinə gələn polis əməkdaşları və müstəntiqlər 40 yaşlı T.A-nın meyitini aşkar ediblər. İlkin məlumata görə, o, intihar edib. Faktlar əsasında materiallar hazırlanır.