Ermənistanda polisə atəş açılıb, ölən və yaralanan var

Ermənistanda polisə atəş açılıb, ölən və yaralanan var
SOSİAL
10:17 08.09.2024
140
Ermənistanın Armavir vilayətinin Nalbandyan kəndində silahlı insidentdə bir polis əməkdaşı ölüb, digəri yaralanıb.

AZXEBER.COM Repprt-a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarına kənd sakinlərindən birinin silah gizlətməsi barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanının əməkdaşları şübhəlinin yanına gəliblər və o, avtomat silahdan onlara atəş açıb.

Məlumata görə, iki polis əməkdaşı xəstəxanaya çatdırılıb, onlardan biri keçinib.
OXŞAR XƏBƏRLƏR