Ermənistanda prezidentliyə namizədi güllələdilər - FOTOLAR

DÜNYA
08:18 01.02.2013
1703
Bir qədər əvvəl Ermənistan prezidentliyinə namizəd, Milli Müqəddərat İttifaqı Partiyasının sədri Paruyr Ayrikyana sui-qəsd olub.AZXEBER.COM-un News.am-a istinadən verdiyi məlumata görə, hadisə İrəvanın mərkəzində baş verib. Paruyr Ayrikyan döş qəsəfindən güllə yarası alıb və “Qriqor Lusavoriç” tibb mərkəzinə aparılıb.Hadisə yerində polis əməkdaşları işləyir. Ermənistanın daxili işlər naziri Vladimir Qasparyanın da ora yollandığı bildirilir.Qeyd edək ki, Ermənistanda prezident seçkiləri fevralın 18-də keçiriləcək. Seçki kampaniyası yanvarın 21-də başlayıb. Paruyur Ayrikyan Ermənistanın bir sıra bölgələrində görüşlər keçirib.Xəstəxananın baş həkimi Ara Minasyan bildirib ki, Paruyur Ayrikyan bir güllə yarası alıb və vəziyyəti orta ağırdır. Prezidentliyə namizədin huşunun özündə olduğu və hazırda müayinə edildiyi deyilir.

OXŞAR XƏBƏRLƏR