Ermənistanda Qalstanyanın ev dustaqlığı daha 3 ay uzadılıb

Ermənistanda Qalstanyanın ev dustaqlığı daha 3 ay uzadılıb
DÜNYA
05:30 20.11.2026
55
Ermənistanda "Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın ev dustaqlığının müddəti daha 3 ay uzadılıb.

Bu barədə "Sputnik Ermənistan” məlumat yayıb.

Qeyd edək ki, Baqrat Qalstanyan 2025-ci il iyunun 25-dən 26-na keçən gecə həbs edilib. Ermənistan İstintaq Komitəsinin iddiasına görə, "Müqəddəs mübarizə” hərəkatının lideri və üzvləri ölkədə terror aktları törətməyi və hakimiyyəti ələ keçirməyə yönəlmiş hərəkətlər həyata keçirməyi planlaşdırıblar.

2026-cı il iyunun 4-də apellyasiya məhkəməsinin qərarı ilə Qalstanyanın barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
 
///apa.az
OXŞAR XƏBƏRLƏR