Ermənistanda qazdoldurma məntəqəsində partlayış baş verib

Ermənistanda qazdoldurma məntəqəsində partlayış baş verib
DÜNYA
11:35 04.01.2026
116
Bu gün Abovyan şəhərində, İrəvan yaxınlığında yerləşən qazdoldurma məntəqəsində partlayış baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər xəsarət alıb.

İlkin məlumata görə, məntəqə işçisi siqaret yandırıb və bu, partlayışa səbəb olub. O, İrəvan Milli Yanıq Mərkəzinə çatdırılıb, vəziyyəti ağırdır.

Hadisə ilə bağlı cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR