Ermənistanda qızıl mədəninin işçiləri etiraz aksiyası keçiriblər

Ermənistanda qızıl mədəninin işçiləri etiraz aksiyası keçiriblər
DÜNYA
17:03 30.07.2020
1234

"Hökumətin bizi iqtisadi və sosial maraqlarına qurban verdiyindən şübhələnirik”.

AZXEBER.COM-un "Novosi Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanda hökumət binasının qarşısında etiraz aksiyas keçirən "Lydian International” dağ-mədən şirkətinin əməkdaşları bildiriblər.

Onlar hökumətdən normal iş rejiminin yaradılması üçün tədbirin görülməsini tələb ediblər: "Biz iki ay əvvəl 120 nəfərin imzası ilə Ermənistan hökumətinə istəklərimizi yazmışıq. İndiyədək heç bir reaksiya verilməyib. Bizim tələblər dəyişməyib. Amulsar ətrafında yaşayanlar işlə təmin olunmağı, bu məsələnin siyasi alver predmetinə çevrilməməsini istəyir".

Aksiya iştirakçılarının sözlərinə görə, hakimiyyət bu məsələni xarici dövlətin daxili işi olduğunu bildirir: "Ancaq Amulsar Ermənistan ərazisindədir və biz Ermənistanın tamhüquqlu vətəndaşlarıyıq”.

Xatırladaq ki, bu il iyunun əvvəlində Ermənistanda Cermuk kurort şəhərinin sakinləri, ictimai fəallar Amulsar qızıl yatağının bağlanması tələbi ilə aksiya keçiriblər. Onlar mədənə gedən yolları bağlayıblar və hökumətdən məsələ ilə bağlı dəqiq cavab alanadək ərazidən çəkilməyəcəklərini bildiriblər.

Qndevaz kəndinin sakinləri içməli suyun çirkləndiyini, onun içilməsinin mümkün olmadığını görüblər. Ona görə də Cermukdan olan ictimai fəallar qızıl mədəninin bağlanması tələbi ilə çıxış edən kənd sakinlərini dəstəkləyirlər.

"Lydian International” şirkətinin əməkdaşları onların işinə mane olmamağı istəyiblər. Şirkət əməkdaşları əllərində "Amulsar əməkdaşları-ən yaxşı ekoloqlar!” şüarı tutublar. Şirkət nümayəndəsi isə bildirib ki, yerli sakinlərin etirazı müəyyən qüvvələr tərəfindən təşkil olunan sabotajdır.

Qeyd edək ki, bu yataq ABŞ-ın "Lydian International" şirkəti tərəfindən istismar olunur. Amulsar qızıl mədəni Ermənistanda xalis qızıl ehtiyatına görə ikinci yerdədir. Orada 31 milyon ton filiz və 40 ton xalis qızıl olduğu ehtimal edilir. Yataq Cermuk şəhərindən 13 km aralıda, Ermənistanın cənub-şərqində, Arpa və Bərguşad (ermənilər Vorotan deyir) çayları arasında yerləşir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ İranın bağlamaq istədiyi Hörmüz boğazıyla bağlı Çinə çağırış edib
18:48 22.06.2025
ABŞ İranın bağlamaq istədiyi Hörmüz boğazıyla bağlı Çinə çağırış edib
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
18:36 22.06.2025
Tehran nüvə proqramının inkişafını davam etdirəcəyini açıqlayıb
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
18:23 22.06.2025
İsrail İranın 4 ostanında hərbi obyektlərə hava zərbəsi endirib
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
18:08 22.06.2025
Daha bir neçə ölkənin vətəndaşı Azərbaycana təxliyə edildi
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
17:48 22.06.2025
İranın nüvə obyektlərinə hücumun nəticələrindən narahatıq - Türkiyə XİN
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
17:33 22.06.2025
İran parlamenti Hörmüz boğazının bağlanması ilə bağlı qərar qəbul edib
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
17:18 22.06.2025
Pezeşkian: ABŞ İsrailin gücsüzlüyü səbəbindən münaqişəyə daxil olub
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
16:46 22.06.2025
Bakıda külək güclənib, bəzi rayonlarda arabır yağış yağır - FAKTİKİ HAVA
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
16:35 22.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
16:26 22.06.2025
Azərbaycan XİN: ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı bəyanat yayıb
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
16:07 22.06.2025
Əməkdar mədəniyyət işçisi Rasim Dərgahzadə vəfat edib
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
15:48 22.06.2025
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Bakıda “EuroVillage 2025” tədbiri keçirilir
15:24 22.06.2025
Bakıda “EuroVillage 2025” tədbiri keçirilir
Azərbaycan atletləri Avropa çempionatında iştirak edəcəklər
15:10 22.06.2025
Azərbaycan atletləri Avropa çempionatında iştirak edəcəklər
İrandan İsrailə 35 raket atılıb, yaralananlar var
14:48 22.06.2025
İrandan İsrailə 35 raket atılıb, yaralananlar var
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər
14:37 22.06.2025
Azərbaycan və Pakistan XİN başçıları görüşüblər