Ermənistanda Rusiya sərhədçiləri qəzaya düşdü, ölən və yaralanan var

Ermənistanda Rusiya sərhədçiləri qəzaya düşdü, ölən və yaralanan var
DÜNYA
14:18 29.10.2021
242
Ermənistanın Ararat vilayətində Rusiya Sərhəd Qoşunlarına məxsus avtomobilin dərəyə yuvarlanması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Hadisə bu gün baş verib. Qəza nəticəsində bir nəfər yerindəcə ölüb, digəri xəstəxanaya yerləşdirilib.

Məlumata görə, ölən və yaralananlar Rusiya sərhəd qoşunlarının hərbçiləridir. Hadisə yerinə Rusiya sərhəd qoşunlarının əməliyyat-istintaq qruplarının gəlməsi gözlənilir.

Polis həlak olan və yaralanan şəxslərin kimliyini araşdırır.
OXŞAR XƏBƏRLƏR