Ermənistanda uşaq bağçasında kütləvi zəhərlənmə

Ermənistanda uşaq bağçasında kütləvi zəhərlənmə
DÜNYA
18:47 19.05.2023
218
Ermənistanın Artaşat şəhərindəki uşaq bağçalarından birində kütləvi zəhərlənmə olub.

16 uşaq zəhərlənib.

Onlar şəhər tibbi məntəqəsinə yerləşdiriliblər.

Zəhərlənmə əlamətləri uşaqlar evə qayıtdıqdan sonra özünü biruzə verib.

Şəhər xəstəxanasının direktor müavini Qriqor Şadyanın sözlərinə görə, zəhərlənənlərdən 3-ün vəziyyəti ağır, digərlərinin durumu isə orta-ağırdır. O bildirib ki, əsas simptomlar ishal, qusma, qızdırma, halsızlıqdır.

Faktla bağlı Ararat Regional İstintaq İdarəsində araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR