Ermənistan Silahlı Qüvvələrində 2024-cü ilin yay çağırışı daha 15 gün uzadılacaq və avqustun 15-dək davam edəcək.
Bu barədə qərar hökumətin bu gün keçirilən iclasında qəbul edilib.
İyulun 31-dək nəzərdə tutulan çağırış müddətində xeyli çağırışçılar hələ də tam tibbi müayinədən keçə bilmədiyi məlum olub.
Bildirilib ki, iyulun 15-dən etibarən hərbi xidmətə çağırılan xeyli sayda vətəndaşın tibbi müayinədən keçirilməsi iyulun 31-dək mümkün olmayacaq.
///Modern.az