Oktyabr ayında Azərbaycana qarşı ağır hərbi və diplomatik məğlubiyyətə uğrayan Ermənistanda "VOMA” terrorçuları bir qrup şəxslərə 3 aylıq silahlı təlimlər keçməyə başlayıblar.
AZXEBER.COM xəbər verir ki, bu barədə Rusiyanın müxalif nəşri sayılan "Moskva Times” geniş yazı ilə çıxış edib.
Nəşr Ermənistanda bir qrup şəxsin silahlandırılması və hərbi təcrübəsinin artırılması üçün istefada olan yüksək rütbəli hərbçilərin birləşərək "VOMA” terror təşkilatını təsis etdiklərini iddia edib. İddiaya görə, təşkilat 22 yaşlı gənc qızları da könüllü şəkildə təlimlərə cəlb edir.
Məlumata görə, təhsil müəssisələri sursat və silahlarla doludur. Mediaya açıqlama verən və adları gizli saxlanılan terror təşkilatının üzvləri açıq şəkildə bildirirlər ki, onların məqsədi erməni mülki əhalisini müharibəyə və müdafiəyə hazırlamaqdır.
Əldə edilən məlumata görə, mülki şəxslərə hərbi və silahlı hazırlıqdan əlavə, ilkin tibbi yardım və Ermənistanın coğrafiyasına görə alpinizm kimi təlimlər də öyrədilir. Mediaya danışan 42 yaşlı "VOMA”nın "Vartan” adlı baş məşqçisi təşkilatın bütün Ermənistanda 22 mərkəzinin olduğunu bildirib.
Ayşən