Ermənistanda zəlzələ baş verdi

DÜNYA
09:23 12.08.2024
138
Ermənistanda 4,2 maqnitudalı zəlzələ olub.

Bu barədə Aralıq Dənizi Seysmoloji Xidməti məlumat yayıb.

Zəlzələ ocağı İrəvandan 49 km aralı, Geqarkunik vilayətinin Yeranos yaşayış məntəqəsində yerləşib.

Yerli vaxtla saat 02:02-də (Bakı vaxtı ilə eyni saatda) qeydə alınan zəlzələ 10 km dərinlikdə olub.

Dağıntı və itki barədə məlumat verilmir.
OXŞAR XƏBƏRLƏR