Ermənistanda zəncirvari yol qəzası baş verib, 4 hərbçi yaralanıb

Ermənistanda zəncirvari yol qəzası baş verib, 4 hərbçi yaralanıb
DÜNYA
08:16 06.02.2022
293
Ermənistanın Sünik rayonunda, Gorus yolunda zəncirvari qəza qeydə alınıb.

AZXEBER.COM bu barədə "Sputnik Armeniya"ya istinadən xəbər verir.

Hadisə nəticəsində dörd müqaviləli hərbçi xəsarət alıb. Yaralılar Gorusda tibb mərkəzində yerləşdirilib.

Qeyd edək ki, xəsarət alanlar eyni avtomobildə olublar.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR