“Ermənistandan Azərbaycana gəlməyiniz xüsusi məna daşıyır”

“Ermənistandan Azərbaycana gəlməyiniz xüsusi məna daşıyır”
SOSİAL
22:55 04.05.2026
330
"Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərinməzmunlu olmasından xəbər verir”.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatında bildirib.

"Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. 
Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür”, - dövlət başçısı qeyd edib.
OXŞAR XƏBƏRLƏR