Ermənistanın atəşləri nəticəsində mülki əhaliyə dəyən ziyan barədə son məlumat

Ermənistanın atəşləri nəticəsində mülki əhaliyə dəyən ziyan barədə son məlumat
SOSİAL
11:59 03.11.2020
397

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 91 mülki şəxs qətlə yetirilib, 405 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 461, çoxmənzilli yaşayış binalarının sayı 97, yaşayış evlərinin sayı isə 2 488-dir.


 
OXŞAR XƏBƏRLƏR