Ermənistanın baş naziri Münxenə yollanıb

SİYASƏT
10:28 16.02.2024
129
Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 16-da Münxenə üçgünlük işgüzar səfərə yollanıb.

Bu barədə onun mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə məlumat yayıb.

Qeyd edilib ki, Paşinyan Münxen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək.

Bildirilib ki, onun beynəlxalq forum çərçivəsində həmkarları ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.
 
///Report
OXŞAR XƏBƏRLƏR