“Ermənistanın insanlıqdan kənar hərəkətlərinə baxmayaraq, Azərbaycan hərbi mövqeləri hədəf alır”

“Ermənistanın insanlıqdan kənar hərəkətlərinə baxmayaraq, Azərbaycan hərbi mövqeləri hədəf alır”
SİYASƏT
23:06 05.10.2020
772

"Ermənistan hakimiyyəti iyulun 12-dən başlayaraq Azərbaycanın dinc sakinlərini atəş tutur”.

Bunu APA-nın yerli bürosuna açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

O bildirib ki, iyul ayında Tovuz, son günlər isə Gəncə, hətta paytaxt Bakıya yaxın ərazilərə raket zərbələri endirməklə Cenevrə konvensiyalarının tələblərini pozub: "Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz torpaqlarının müdafiəsi üçün vətən müharibəsinə başlayıb.

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi Vətən müharibəsidir. 1993-cü ildən bəri Azərbaycan və Ermənistan rəhbərlərinin rəsmi səviyyədə saysız-hesabsız görüşləri keçirilib. Nazirlər səviyyəsində də bir çox görüş baş tutub. Azərbaycan hər zaman işğal altında olan torpaqlarının danışıqlar, sülh yolu ilə azad olunmasına çalışıb.

Lakin Ermənistan nə danışıqlara, nə BMT-nin 4 qətnaməsinə, nə də digər beynəlxalq sənədlərə məhəl qoymayıb və hazırda bu özbaşınalığının cavabını alır”.

Y. Karauzun sözlərinə görə, Ermənistan Azərbaycanda mülki əhalinin yaşadığı yerləri hədəf seçməklə insanları təşviş içərisində saxlamaq və bununla da atəşkəsə nail olmaq istəyir: "Ermənistanın digər məqsədi Azərbaycanın Vətən müharibəsini Azərbaycan-Ermənistan münaqişəsinə çevirmək, daha sonra isə region ölkələrini bu münaqişəyə cəlb etməkdir. Fəqət Ermənistanın insanlıqdan kənar bu hərəkətlərinə baxmayaraq, Azərbaycan humanist fəaliyyətini davam etdirməklə hərbi mövqeləri hədəf alır”.

Azərbaycan Prezidenti İlham Əliyevin dünən xalqa çıxışına münasibət bildirən general qeyd edib ki, bir hərbçi kimi Azərbaycanın strategiyasını yüksək səviyyədə qiymətləndirir: "Biz hərbçilər üçün hərbidə iki hədəf var. Birincisi, düşməni və onun texnikasını zərərsizləşdirmək, ikincisi isə, düşmənin savaş əzmini qırmaqdır.

Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında başqa ölkələrdən dəstək almadan cəbhədə düşmənin əzmini qırmaqdadır. Prezident İlham Əliyev dünən xalqa müraciətində dedi ki, Azərbaycan torpaqları tamamilə işğaldan azad olunana qədər mübarizə davam edəcək.

Azərbaycan Prezidenti sülhün hansı şərtlər altında əldə olunacağını və digər mühüm məsələləri də açıqladı. Bu, bir liderin yüksək siyasi gücünün və mədəniyyətinin göstəricisidir. Murovdağ, Suqovuşan, Cəbrayıl, Füzuli cəbhələri üzrə hərbi uğurların arxasında cənab İlham Əliyevin düzgün siyasəti və qətiyyəti, Azərbaycan xalqının yüksək vətənpərvərlik ruhu, Azərbaycan ordusunun düzgün strategiyası və qüdrəti dayanır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
13:16 12.10.2026
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
13:15 12.10.2026
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
12:57 12.10.2026
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
12:48 12.10.2026
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
12:46 12.10.2026
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
12:38 12.10.2026
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
12:36 12.10.2026
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
12:34 12.10.2026
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
12:14 12.10.2026
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
“Azərbaycan qadını, azadlığına sahib çıx!”
12:06 12.10.2026
“Azərbaycan qadını, azadlığına sahib çıx!”
İlham Əliyev Kambocaya səfərə dəvət edilib
12:02 12.10.2026
İlham Əliyev Kambocaya səfərə dəvət edilib
İlham Əliyev: Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
11:58 12.10.2026
İlham Əliyev: Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"
11:57 12.10.2026
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
11:51 12.10.2026
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Prezident Kamboca Baş naziri ilə mina problemini müzakirə edib
11:49 12.10.2026
Prezident Kamboca Baş naziri ilə mina problemini müzakirə edib
Xidmət əməkdaşları Gəncədə şəhid Rabil İsmayılovun ailəsini ziyarət edib
11:47 12.10.2026
Xidmət əməkdaşları Gəncədə şəhid Rabil İsmayılovun ailəsini ziyarət edib