Ermənistanın İstintaq Komitəsi: Müddətli xidmət əsgəri, ehtimal ki, intihar edib

Ermənistanın İstintaq Komitəsi: Müddətli xidmət əsgəri, ehtimal ki, intihar edib
DÜNYA
18:35 28.04.2025
253
Erməni sərhədçinin ölümü ilə bağlı cinayət işi "döyüş növbətçiliyi zamanı intihara sövq etmə" maddəsi ilə açılıb.

Bu barədə erməni KİV-ləri Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kim Avdalyana istinadən xəbər verir.

Hadisə 25 aprel tarixində baş verib. Mətbuatda əvvəlcə sərhəd qoşunlarında xidmət edən müddətli xidmət əsgərinin Sünikdə minaya düşərək həlak olması barədə məlumat yayılıb. Daha sonra Milli Təhlükəsizlik Xidməti hərbi qulluqçunun ona təhkim edilmiş avtomatdan aldığı ölümcül yaradan həlak olduğunu bildirib.
 
///Report
OXŞAR XƏBƏRLƏR