"Ermənistanın iyul təxribatının hədəflərindən biri də TANAP boru xəttini nəzarətə almaq idi"

"Ermənistanın iyul təxribatının hədəflərindən biri də TANAP boru xəttini nəzarətə almaq idi"
SİYASƏT
19:42 05.10.2020
564
İyul ayında Ermənistanın Tovuza hücumunun bir neçə hədəfi var idi. Çünki ondan öncəki dönəmdə bəyan etmişdilər ki, əgər Dağlıq Qarabağ ətrafında döyüşlər olarsa, onlar bizim strateji infrastruktur layihələrimizi vurmağa hazırdırlar - Səngəçal Neft-Qaz Terminalı və boru xətti. Ona görə Tovuz bölgəsində hücumun bir məqsədi də o idi ki, onlar test edirdilər, haraya qədər girə bilərlər. Çünki orada onların əsas məqsədi dövlət sərhədini keçmək, Azərbaycan torpaqlarını işğal etmək və həmin TANAP boru xəttinə yaxınlaşmaq, yaxud da ki, onu nəzarətə almaq idi.

AZXEBER.COM xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri "TRT Haber” telekanalına müsahibəsində səsləndirib.

Hücumun digər səbəblərindən də danışan dövlətimizin başçısı deyib: "Hazırda Ermənistanda çox dərin böhran yaşanır, həm siyasi, həm iqtisadi. Bu böhran nəticəsində Ermənistanda siyasi əlaqələr pozulub. Çünki indi Paşinyan hakimiyyəti əsas müxalifət liderlərini həbsə atdırır. Misal üçün, əsas müxalifət partiyasının sədrini deputat toxunulmazlığından məhrum etdi, həbsə atdı. İki keçmiş prezidentə qarşı cinayət işi açıldı. Söz azadlığı, sərbəst toplaşma azadlığı yoxdur. Konstitusiya Məhkəməsini zor gücü ilə məhv etdi, öz adamlarını gətirdi. Ona görə Ermənistanın daxilində artıq çox ciddi bir narahatlıq var. Paşinyan ictimai fikri yayındırmaq üçün bu hücumu təşkil edir. Rusiyanı cəlb etmək, strateji infrastrukturumuzu məhv etmək, daxildəki vəziyyəti sabitləşdirmək və Azərbaycan torpaqlarının bir qismini işğal etmək və ondan sonra müzakirələrdə öz mövqeyini gücləndirmək”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
13:16 12.10.2026
“6-7 yaşlı uşaqlara bunu rəva görmürəm” – Firəngiz Əlizadə
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
13:15 12.10.2026
Azərbaycanın və Kambocanın birinci xanımları görüşüblər
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
12:57 12.10.2026
Son dəqiqə! İctimai qaydanı kobud şəkildə pozan 37 nəfər həbs edildi
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
12:48 12.10.2026
Nizami Cəfərov: Məktəbli forması sosial bərabərsizliyi aradan qaldırır
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
12:46 12.10.2026
Həkim əvəzinə katibə botoks etdi: 16 nəfər xəstəxanalıq oldu
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
12:38 12.10.2026
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
12:36 12.10.2026
Azərbaycan Prezidenti: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
12:34 12.10.2026
"İrandan idarə olunan qruplar dövlətin təhlükəsizliyi üçün təhdidə çevrilir” - VACİB AÇIQLAMA
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
12:14 12.10.2026
“Daxili sabitliyə zərər vurmaq heç bir tərəfə fayda gətirməz” - Mənsum İbrahimov
“Azərbaycan qadını, azadlığına sahib çıx!”
12:06 12.10.2026
“Azərbaycan qadını, azadlığına sahib çıx!”
İlham Əliyev Kambocaya səfərə dəvət edilib
12:02 12.10.2026
İlham Əliyev Kambocaya səfərə dəvət edilib
İlham Əliyev: Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
11:58 12.10.2026
İlham Əliyev: Azərbaycan və Kamboca sülhü, təhlükəsizliyi inkişafın əsas şərti hesab edir
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"
11:57 12.10.2026
"Kamboca ilə beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik"
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
11:51 12.10.2026
İlham Əliyev və Kambocanın Baş naziri mətbuata bəyanatlarla çıxış edirlər
Prezident Kamboca Baş naziri ilə mina problemini müzakirə edib
11:49 12.10.2026
Prezident Kamboca Baş naziri ilə mina problemini müzakirə edib
Xidmət əməkdaşları Gəncədə şəhid Rabil İsmayılovun ailəsini ziyarət edib
11:47 12.10.2026
Xidmət əməkdaşları Gəncədə şəhid Rabil İsmayılovun ailəsini ziyarət edib