Ermənistanın keçmiş müdafiə naziri yeni partiya təsis edib

Ermənistanın keçmiş müdafiə naziri yeni partiya təsis edib
DÜNYA
18:59 06.04.2024
162
Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan "Ümumerməni Cəbhəsi” adlı yeni partiya yaradıb.

Ötən gün keçirilən qurultayda o, bu siyasi təşkilatın sədri seçilib.

Karapetyan bildirib ki, hazırkı hökumət ölkəni idarə etmək iqtidarında deyil. Partiya sədri baş nazir Nikol Paşinyanı istefaya çağırıb:

"Biz daha güclü Ermənistan yaradacağıq. Bütün dəyişikliklərə partiyamız yox, xalq qərar verəcək”, o deyib.

Qeyd edək ki, bu vaxtadək sözü gedən təşkilat hərəkat kimi fəaliyyət göstərib.
 
///apa
OXŞAR XƏBƏRLƏR