Ermənistanın maliyyə naziri: “Büdcə kəsiri səbəbindən ölkənin dövlət borcu artır”

Ermənistanın maliyyə naziri: “Büdcə kəsiri səbəbindən ölkənin dövlət borcu artır”
DÜNYA
18:37 31.10.2023
192
"Ermənistanın dövlət borcu büdcə kəsiri səbəbindən artır”.

Bunu maliyyə naziri Vahe Ovannisyan parlamentdə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın xərcləri gəlirlərini üstələyir: "2024-cü ildə xərclərimiz 3 trilyon 17 milyard dram (7 milyard 549 milyon dollar) təşkil edəcək. Gəlirlərimiz isə bu məbləğdən 340 milyard dram az olacaq. Yəni 340 milyard dram məbləğində borc almalıyıq. Hazırda bu məsələ müzakirə olunur. Xərcləri ödəmək üçün müxtəlif mənbələrdən borc götürürük”.
 
///report
OXŞAR XƏBƏRLƏR