Ermənistanın Polşadakı səfirliyi qarşısında etiraz aksiyası keçirildi - FOTOLAR

Ermənistanın Polşadakı səfirliyi qarşısında etiraz aksiyası keçirildi - FOTOLAR
Siyasət
16:08 24.09.2018
4761
Bu gün Ermənistanın Polşadakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, "İslahatçı Gənclər” İctimai Birliyi və Polşa Azərbaycanlıları Birliyinin təşəbbüsü ilə baş tutan aksiyada Ermənistanın işğalçılıq siyasətinə etiraz olunub. Aksiya iştirakçıları olan gənclər Azərbaycan və İngilis dillərində "Xocalıya Ədalət”, "Girovlarımızı azad et”, "Torpaqlarımızdan geri çəkil” deyə şüarlar səsləndiriblər.

Aksiyada çıxış edən "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, aksiyanın keçirilməsinə məqsəd Polşa və ümumilikdə Avropa ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməkdir. O, Ermənistanın 27 ildən artıqdır Azərbaycan torpaqlarını işğalda saxladığını, mülki vətəndaşlarımıza qarşı dövlət səviyyəsində terror siyasəti apardığını deyib. O vurğulayıb ki, öz ata babalarının məzarını ziyarətə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyev artıq 5 ildir ki, erməni girovluğundadır və ağır işgəncələrə məruz qalır.

O eyni zamanda qeyd edib ki, 2 yaşlı Zəhranın timsalında onlarla azərbaycanlı mülki və günahsız şəxs Ermənistan ordusu tərəfindən qətlə yetirilib. Ancaq beynəlxalq birlik hələ də bu baş verənlərə susur: "Beynəlxalq birlikdən Ermənistanın təcavüzkar və terrorçu siyasətinə dur deməsini tələb edirik”.
Fərid Şahbazlı vurğulayıb ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyanın son sərsəmləmələri bir daha sübut etdi ki, terrorçuluq və işğalçılıq Ermənistanda dövlət siyasətidir: "Biz Azərbaycanlı gənclər daima Ali Baş Komandan Cənab İlham Əliyevin əmrini gözləyirik”.

Polşa Azərbaycanlıları Birliyinin sədri Cavid Zeynalov isə bildirib ki, Ermənistanın təcavüzkar siyasətinin, mülki şəxslərə qarşı həyata keçirdiyi insanlığıa sığmayan siyasətin durdurulması üçün Avropada müxtəlif istiqamətli aksiyalar davam etdiriləcək.

 

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
00:33 09.08.2025
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
00:32 09.08.2025
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
00:26 09.08.2025
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
00:26 09.08.2025
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
00:25 09.08.2025
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
00:24 09.08.2025
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
00:23 09.08.2025
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
00:16 09.08.2025
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
00:15 09.08.2025
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
00:12 09.08.2025
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
00:11 09.08.2025
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
00:06 09.08.2025
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
Üçtərəfli görüş başladı - VİDEO
23:59 08.08.2025
Üçtərəfli görüş başladı - VİDEO