Ermənistanın Rusiyaya münasibətdə ritorikası qıcıqlandırmağa başlayır - Rusiya nəşri

Ermənistanın Rusiyaya münasibətdə ritorikası qıcıqlandırmağa başlayır - Rusiya nəşri
DÜNYA
22:57 02.11.2020
1339
Rusiyaya münasibətdə "borc”, "öhdəlik” kimi sözlərdən istifadə edən erməni ritorikası artıq qıcıqlandırmağa başlayır.

Bu barədə Rusiyanın "mishen24.ru” nəşrinin məqaləsində deyilir. Məqalədə qeyd olunur ki, həyasızlığın bir neçə növü var, amma son günlərdə ictimaiyyət həyasızlığın indiyədək məlum olmayan növü – erməni həyasızlığı ilə qarşılaşıb. Bunun bariz nümunəsi Ermənistanın Rusiyadan KTMT çərçivəsində öz qoşunlarını Dağlıq Qarabağ münaqişəsinə cəlb etməsi ilə bağlı ardıcıl müraciətləridir. Ermənistan çox gözəl başa düşür ki, hərbi əməliyyatlar öz ərazisində deyil, Azərbaycanın rəsmi şəkildə tanınmış ərazilərində aparılır.

Müəlliflər bildirir ki, Rusiya Xarici İşlər Nazirliyi növbəti dəfə Nikol Paşinyanın müraciətini qəbul etmədi, amma hər kəsə məlumdur ki, bu son müraciət olmayacaq:

"Ermənistanın Rusiyaya münasibətdə "borc”, "öhdəlik” kimi sözlərdən istifadə edən erməni ritorikası artıq qıcıqlandırmağa başlayır. Ermənilərin lokal səviyyədə təbliğatçı aksiyaları da qıcıqlandırır”.
 
///Trend
OXŞAR XƏBƏRLƏR