Ermənistanın son cəhdləri və Soçi görüşü: “Paşinyan iki od arasında qalıb”

Ermənistanın son cəhdləri və Soçi görüşü: “Paşinyan iki od arasında qalıb”
SİYASƏT
17:34 31.10.2022
983
"Paşinyan başını itirib. Bir tərəfdən erməni xalqının böyük tələbi var ki, tezliklə Azərbaycanla sülh müqaviləsi bağlansın və bizim 5 əsas prinsip üzərində. O biri tərəfdən Ermənistanda olan revanşist qüvvələr, xaricdə olan diasporanın bir qismi tələb edir ki, Paşinyan bu addımı atmamalıdır və Qarabağ məsələsini hələ uzatmalıdır. Bu, onu göstərir ki, ermənilərin arasında böyük bir problem var. Bunların özləri də bir fikirə gəlib çıxa bilmirlər". 

Bu sözləri AZXEBER.COM-a açıqlaması Milli Məclisin deputatı Rüfət Quliyev Ermənistan baş naziri Nikol Paşinyanın Soçidə Rusiya sülhməramlılarının xidmət müddətinin 10-15 il uzadılmasına dair sənədi imzalamağa hazır olduğunu bildirməsi məsələsinə münasibət bildirərkən deyib.


Deputat qeyd edib ki, Paşinyan özbaşına hərəkət edə bilməz:

"Öncə qeyd etmək lazımdır ki, Paşinyan özbaşına deyil. O mənada ki, sülhməramlıların Qarabağda iştirakı təkcə Paşinyanın razılığı ilə deyil. Bunu elə özü də çıxışında qeyd etdi. Gərək Rusiya da razılaşsın. Təbii ki, Azərbaycan da bununla razılaşsın. Ona görə ki, onlar Azərbaycan ərazisindədirlər". 

Deputatın sözlərinə görə, Ermənistan bizim torpaqlarımızı tanıyacaq:

"İkincisi, Putin çıxışında qeyd etdi ki, erməni xalqının və Paşinyanın iki yolu var. Ya Qərb yolu ilə gedib, bizim 5 prinsiplə razılaşıb, müqaviləyə qol çəksin. Yaxud Rusiyanın təklifi var ki, sülh müqaviləsinə qol çəkilsin, amma Qarabağ məsələsinə erməni xalqı özü qərar versin. Yəni guya Qarabağı onlar Azərbaycan ərazisi kimi tanıyırlar və ya tanımırlar. Burada da müəyyən ziddiyyət yaranır. Bu gün Paşinyan düşünür ki, məsələyə Rusiya tərəfindən daha çox razılıq versin. Amma bu da Paşinyanın özü üçün də böyük problemdir. Ona görə ki, Qərbdə ona qarşı münasibət də dəyişiləcək. Artıq görüşün nəticəsi var ki, Paşinyan və Ermənistan Azərbaycanın suverenliyini təstiq edəcəklər. Yəni bizim torpaqlarımızı Azərbaycan ərazisi kimi tanıyacaqlar. Bu qərar verilib".

Rüfət Quliyev həmçinin qeyd edib ki, Paşinyan iki od arasında qalıb:

"İndi Paşinyan iki odun arasında qalıb, bilmir nə etsin. Düşünürəm ki, bu ilin axırı olmasa da, Allahın köməkliyi ilə gələn ilin yazına qədər həmin sülh müqaviləsi bağlanacaq və Azərbaycanın qoyduğu prinsiplər əsasında. Çünki dəmir yumruq yerindədir. İkincisi, bizim səbrimiz, yəni beynəlxalq aləmdə səbr özü də bir silahdır. Üçüncüsü isə, bizim cənab Prezidentin beynəlxalq siyasəti bunu deməyə əsas verir. Bu faktlar bizim üçün birmənalı qələbə deməkdir. Hələ dördüncü faktor da var ki, indi bütün dünyanın başı qarışıqdır. Neçə yerdə müharibə gedir. Bu qarışıqlıq vaxtında da biz gərək öz məsələlərimizi həll edək".

Ermənistanın son günlərki mücadiləsi və Paşinyanın açıqlamalarına millət vəkili Bəhruz Məhərrəmov da münasibət bildirib.

B. Məhərrəmov AZXEBER.COM-a açıqlamasında qeyd edib ki, istənilən ölkələrin münasibətlərini təhlil edərkən hər bir dövlətin özünün milli maraqları və mənafeləri olması reallığına anlayışla yanaşılmalıdır:

"Bu gün Rusiya-Ermənistan münasibətlərinə də konseptual yanaşsaq, bizi narahat edə biləcək məsələlər zaman-zaman meydana çıxsa da, nəticə etibarı ilə Bakının itirdiyi bir məqam da yoxdur, Azərbaycan Vətən müharibəsi və sonrakı dövrdə nəyi arzu edirdisə, onu da əldə etdi. Rusiya da baxmayaraq ki, Ermənistanla hərbi müttəfiq idi, Vladimr Putin 44 günlük savaş boyu Azərbaycanın ərazi bütövlüyünə siyasi dəstəyini bir neçə dəfə rəsmən bəyan etdi. Məhz bu reallıqların praqmatik təhlili fonunda cənab İlham Əliyev də Vətən müharibəsi dövründə kapitulyasiya aktını Rusiyanın qarantorluğu altında imzalanmasına icazə verdi”.


Deputat qeyd edib ki, Ermənistana münasibətdə Moskvanın qətiyyətsiz davranışları Azərbaycanın hansısa formada ləngitmədi:

"Amma sonrakı iki il ərzində Ermənistanın nə özünün, nə də Rusiyanın üçtərəfli bəyanatdakı imzasına hörmət qoymadığının, Moskvanın isə susduğunun şahidi olduq. Təbii ki, Ermənistana münasibətdə Moskvanın belə qətiyyətsiz davranışları Azərbaycanın hansısa formada ləngitmədi, biz yekun sülhə doğru Brüssel formatında mümkün olan sürətlə irəliləməyə çalışdıq, o cümlədən, bir neçə dəfə təxribatlarına cavab olaraq Ermənistanı hərbi yolla cəzalanırdıq. Bu prosesdə, daha doğrusu İrəvanın xəyanətlərinə və Moskvanın İrəvanın siyasi riyakarlığına münasibətdə aşkar hərəkətsizlik göstərməsinin yeganə zərərçəkəni elə Rusiya özü oldu. Nəticə etibarı ilə Rusiyaya "dözümlülük” göstərməklə nəinki ermənilərin rəğbətini bərpa edə bilmədi, əksinə Ermənistanda Moskvaya olan etimad mühiti tamamı ilə dağıldı, Moskvanın özünün nüfuzuna zərbə vuruldu. Təsəvvür edin, Rusiya Prezidentinin plakatları cəmi bir neçə saatın içində Pellosinin fotoları ilə əvəzləndi, Rusiya dövləti və rəhbərlərinə qarşı aşıq təhqir kampaniyaları başlandı”. 

B.Məhərrəmov bildirib ki, Rusiya Azərbaycan tarixi əlaqələri fonunda, hər iki dövlətin milli maraq və mənafelərinə uyğun formada əməkdaşlığımızın genişlənməsini arzu edən bir dövlət kimi yaşananlar bizdə ikrah doğurur:

"Amma bir daha nəzərə almalıyıq ki, Rusiya zamanında İrəvana münasibətdə layiq olduğu formada davranmamağın cəzasını çəkir.

Bu günlərdə Valdayda gündəmə gələn məsələlər, verilən bəyanat da faktiki olaraq qeyd olunan prosesin davamıdır. Artıq Moskva açıq formada 44 günlük savaşa qədər razılığın əldə olunmamasına, təkliflərin qəbul olunmamasına görə Ermənistanı günahlandırır. Təbii ki, Rusiya Ermənistanın timsalında müttəfiqini itirməmək üçün bunu nisbətən fərqli tərzdə, Vaşinqtonu erməni xalqının düşməni kimi təqdim etməklə ifadə etməyə çalışır, amma reallıq bundan ibarətdir ki, Ermənistan artıq tərəfini seçib. İrəvanın bundan sonra Rusiya ilə istənilən razılığının davamlılığına və möhkəmliyə kimsə təminat verə bilməz. Ermənistanda ictimai rəy də artıq bu prosesə hazırdır. Paşinyana qarşı Moskvadan sui-qəsd təşkil olunması iddiaları, Zatulin və Simonyanın ətrafında qalmaqallar məhz bu prosesin tərkib hissəsidir”.

Deputatın sözlərinə görə, Paşinyan Azərbaycan ərazisinə əl və dil uzatmanın iki il öncəki acı təcrübəsini unutmamalıdır:

"Təbii ki, Ermənistan rəhbərliyi Rusiyanın indiki durumundan hansısa formada faydalanmaq ehtimalından da imtina etmək niyyətində deyil. Aydın görünür ki, Rusiyanın son davranışları, xüsusən Valday bəyanatı İrəvanı manevr etmək həvəsinə salıb, hətta Nikol Paşinyan Azərbaycan ərazilərindəki Rusiya sülhməramlıların müddəti ilə bağlı sərsəm bəyanatlar verir. Baxmayaraq ki, sülhməramlılar Azərbaycan sərhədləri daxilində müvəqqəti yerləşdirilib, onların misiyasının müddəti 10 noyabr Bəyanatında müəyyən edilib, Qarabağ iqtisadi rayonun müvafiq hissəsində müvəqqəti qalma müddətinin uzadılması yaxud fəaliyyətə vaxtından tez xitam verilməsi Moskva və Bakının ikitərəfli müzakirəsinə ola biləcək məsələdir, İrəvanın bu prosesdə hər hansı formada söz haqqı yoxdur. Ermənistan çox arzu edirsə, özü Gümrüdəki 102-ci bazanın qalma müddətini istədiyi qədər uzada bilər. Paşinyan Azərbaycan ərazisinə əl və dil uzatmanın iki il öncəki acı təcrübəsini unutmamalıdır”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilir, görüş Soçidə baş tutur.

Görüşdə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, Cənubi Qafqazdakı sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımların nəzərdən keçirilməsi planlaşdırılır. Vladimir Putinin Azərbaycan Prezidenti və Ermənistan baş naziri ilə ayrıca görüşü də gözlənilir.

Aydın Nuri

Yazı Medianın İnkişafı Agentliyinin yardımı ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda dərc edilib.


 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Gəncədə avtomobil 3 piyadanı vurub
23:57 18.03.2025
Gəncədə avtomobil 3 piyadanı vurub
Şəkidə 4 otaqlı yaşayış evi yanıb
23:42 18.03.2025
Şəkidə 4 otaqlı yaşayış evi yanıb
DYP bayramla bağlı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
23:38 18.03.2025
DYP bayramla bağlı gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Prezident və birinci xanımın Ağdərəyə səfərinin görüntüləri sosial şəbəkələrdə paylaşılıb
23:26 18.03.2025
Prezident və birinci xanımın Ağdərəyə səfərinin görüntüləri sosial şəbəkələrdə paylaşılıb
Lənkəranda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs polisə təslim olub
23:18 18.03.2025
Lənkəranda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs polisə təslim olub
Zelenskidən Trampla Putinin söhbətindən sonra açıqlama
23:04 18.03.2025
Zelenskidən Trampla Putinin söhbətindən sonra açıqlama
Plastik əməliyyatdan sonra ölən Rəvanənin ailəsi DANIŞDI: "Həkim gəlmədi, köməkçisini göndərdi"
22:54 18.03.2025
Plastik əməliyyatdan sonra ölən Rəvanənin ailəsi DANIŞDI: "Həkim gəlmədi, köməkçisini göndərdi"
Moskva və Vaşinqton Rusiya – Ukrayna münaqişəsinin həlli üçün Yaxın Şərqdə danışıqlara başlayır
22:45 18.03.2025
Moskva və Vaşinqton Rusiya – Ukrayna münaqişəsinin həlli üçün Yaxın Şərqdə danışıqlara başlayır
"Qalatasaray" klubunun sabiq futbolçusu karyerasını başa vurdu
22:27 18.03.2025
"Qalatasaray" klubunun sabiq futbolçusu karyerasını başa vurdu
Putin Ukrayna ilə enerji obyektlərinə qarşılıqlı olaraq 30 gündə zərbələrdən imtina etməyi dəstəkləyib
22:15 18.03.2025
Putin Ukrayna ilə enerji obyektlərinə qarşılıqlı olaraq 30 gündə zərbələrdən imtina etməyi dəstəkləyib
Sumqayıtda yol qəzası baş verib, üç nəfər xəsarət alıb
22:06 18.03.2025
Sumqayıtda yol qəzası baş verib, üç nəfər xəsarət alıb
Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb
21:56 18.03.2025
Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb
İran hökuməti Urmiyada Novruz bayramı şənliyi keçirilməsinə icazə verməyib
21:36 18.03.2025
İran hökuməti Urmiyada Novruz bayramı şənliyi keçirilməsinə icazə verməyib
Şabranda traktor minik maşını ilə toqquşub, ölən və yaralananlar var - FOTOLAR
21:21 18.03.2025
Şabranda traktor minik maşını ilə toqquşub, ölən və yaralananlar var - FOTOLAR
Rusiyada helikopter qəzaya uğrayıb, ekipaj ölüb
21:18 18.03.2025
Rusiyada helikopter qəzaya uğrayıb, ekipaj ölüb
Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib - FOTOLAR
21:09 18.03.2025
Leyla Əliyeva Qubada şəhid övladları ilə birgə Novruz şənliyində iştirak edib - FOTOLAR