Ermənistanın söz verib icra etmədiyi öhdəliklər: Oxu.Az-ın əldə etdiyi sənəd - FOTO

Ermənistanın söz verib icra etmədiyi öhdəliklər: Oxu.Az-ın əldə etdiyi sənəd - FOTO
İDMAN
13:34 15.04.2023
412

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında erməni təxribatı baş verdi. İdmançılarımız hələ yarışda iştirak etməyə imkan tapmamış, artıq çempionatın açılışında qonşularımız əsl simalarını göstərdilər - turnirin təşkilatçılarından biri Aram Nikolyan Azərbaycan bayrağını yandırdı.

Ağır atletlərimizin çempionatda iştirakının təsdiqini gözlədiyimiz vaxt Ermənistan tərəfi onların tam təhlükəsizliyinə vəd verirdi.

Oxu.Az-a daxil olan, Ermənistan tərəfindən Avropa Ağır Atletika Federasiyasının baş katibi Milan Mixayloviçə göndərilən və Ermənistan Baş Naziri Aparatının rəhbəri Arayik Arutyunyan tərəfindən imzalanan sənəddə Azərbaycan idmançılarına tam təhlükəsizlik vəd edilib.

Sənəddə deyilir:

"…Bundan əlavə, biz Azərbaycan Ağır Atletika Federasiyasının tələb etdiyi bütün xüsusi təhlükəsizlik tədbirlərini təmin etməyə hazır olduğumuzu bildiririk.

O cümlədən:

- Azərbaycan nümayəndə heyətini Tbilisi hava limanından İrəvana Ermənistan nümayəndələri müşayiət edəcəklər;

- Azərbaycan nümayəndə heyəti İrəvan hava limanında qarşılanacaq, giriş vizası və hotelə transferlə təmin olunacaq;

- Azərbaycan nümayəndə heyəti digər ölkələrin nümayəndə heyətləri ilə eyni hoteldə qalacaq;

- Hoteldən yarış/məşq yerinə təhlükəsiz transfer təşkil olunacaq;

- Bütün müvafiq hallar üçün lazımi təhlükəsizlik tədbirləri görüləcək”.

Bütün bunlar Ermənistanın belə beynəlxalq tədbirlərə ev sahibliyi etməyə hazır olmadığını göstərir. Bizim və bütün dünyanın gördüyü kimi, əslində, Ermənistan nəinki idmançıların təhlükəsizliyini təmin etməyi, heç özünü ləyaqətlə aparmağı da bacarmadı. Yanğın törədəni bütün əvvəlki təxribatçılar və qatillər kimi "qəhrəman” etdilər: Baş verənlərlə bağlı cinayət işi açılmadı - istintaqın ilkin mərhələsində istintaq orqanı "cinayət tərkibinin olmadığını” bildirdi.

Bu azmış kimi Ermənistanın idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etmək öhdəliyinə baxmayaraq, onlar mehmanxanadan buraxılmırlar.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyanın "Dinamo" komandasına müvəqqəti baş məşqçi təyin olunub
19:37 01.05.2025
Rusiyanın "Dinamo" komandasına müvəqqəti baş məşqçi təyin olunub
Türkiyə "İstanbul" kanalının tikintisindən imtina etməyib
19:23 01.05.2025
Türkiyə "İstanbul" kanalının tikintisindən imtina etməyib
Mask ABŞ Federal Ehtiyat Sisteminin xərclərinin yoxlanılmasını zəruri hesab edir
19:10 01.05.2025
Mask ABŞ Federal Ehtiyat Sisteminin xərclərinin yoxlanılmasını zəruri hesab edir
İsrail HƏMAS-a qəti zərbə vurmağa hazır olduğunu bəyan edib
18:59 01.05.2025
İsrail HƏMAS-a qəti zərbə vurmağa hazır olduğunu bəyan edib
İsraildə meşə yanğınları törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb
18:48 01.05.2025
İsraildə meşə yanğınları törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb
Putin: Rusiyanın 246 hərbçisi BƏƏ sayəsində Pasxa bayramı ərəfəsində qaytarılıb
18:33 01.05.2025
Putin: Rusiyanın 246 hərbçisi BƏƏ sayəsində Pasxa bayramı ərəfəsində qaytarılıb
"Bayer 04" II Bundesliqa komandasının futbolçusunu transfer edib
18:20 01.05.2025
"Bayer 04" II Bundesliqa komandasının futbolçusunu transfer edib
Rəsmi Bakı Hindistan və Pakistanı təmkinli olmağa çağırıb - BƏYANAT
18:13 01.05.2025
Rəsmi Bakı Hindistan və Pakistanı təmkinli olmağa çağırıb - BƏYANAT
Onların maaşı 15 manat artdı
18:08 01.05.2025
Onların maaşı 15 manat artdı
Füzuli istiqamətində aviabiletlərin alışı qaydalarında yenilik
18:02 01.05.2025
Füzuli istiqamətində aviabiletlərin alışı qaydalarında yenilik
Səba Qızılbaş Oksford Universitetində dissertasiyanı Azərbaycan və Pakistan dostluğuna həsr etdi
18:01 01.05.2025
Səba Qızılbaş Oksford Universitetində dissertasiyanı Azərbaycan və Pakistan dostluğuna həsr etdi
Unibank və AYİB tərəfdaşlığı yenidən başlayır: KOB-lara 10 milyon ABŞ dolları məbləğində dəstək
17:59 01.05.2025
Unibank və AYİB tərəfdaşlığı yenidən başlayır: KOB-lara 10 milyon ABŞ dolları məbləğində dəstək
Bakıda “Porsche”ni sərxoş vəziyyətdə sürən qadın həbs edildi - VİDEO
17:44 01.05.2025
Bakıda “Porsche”ni sərxoş vəziyyətdə sürən qadın həbs edildi - VİDEO
Sabahdan bəzi rayonlara yağış və qar yağacaq - XƏBƏRDARLIQ
17:38 01.05.2025
Sabahdan bəzi rayonlara yağış və qar yağacaq - XƏBƏRDARLIQ
Prezidentin təyin etdiyi yeni sədr kimdir? - DOSYE
17:24 01.05.2025
Prezidentin təyin etdiyi yeni sədr kimdir? - DOSYE
Özünü maşınların altına atan şəxs tutuldu - VİDEO
17:19 01.05.2025
Özünü maşınların altına atan şəxs tutuldu - VİDEO