Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
SİYASƏT
09:54 26.02.2026
227
Azərbaycan tərəfinin WUF13 konfransına Ermənistanı dəvət etməsi ilə bağlı hazırda məndə məlumat yoxdur.
AZXEBER.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazirin sözlərinə görə, bu tədbirin özünün formatı var:
"Həmin format kontekstində hansı dövlətlərin dəvət edilməsi də müəyyən ediləcək. Bu tədbirə Azərbaycanla əməkdaşlığı olan ölkələr dəvət edilir. Ermənistanın dəvət edilməsi ilə bağlı məndə məlumat yoxdur”, - nazir qeyd edib.