Ermənistanın xarici işlər naziri Rəcəb Tayyib Ərdoğanı İrəvana dəvət etdi

SİYASƏT
14:26 29.08.2014
2028
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı İrəvana dəvət edib.
APA-nın Rusiyanın rəsmi İTAR-TASS Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumatda qeyd olunub ki, Ankarada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın inauqurasiya mərasiminə qatılan E.Nalbandyan onunla qısa söhbət edib. Nazir Ərdoğanı 2015-ci ildə İrəvanda keçiriləcək qondarma “erməni soyqırımının 100-cü ildönümü” tədbirinə dəvət edib.
Ermənistan XİN Türkiyə prezidentinin dəvətə münasibəti barədə məlumat verməyib.
OXŞAR XƏBƏRLƏR