Ermənistanın XİN başçısı Moskvaya gedəcək

Ermənistanın XİN başçısı Moskvaya gedəcək
SİYASƏT
13:38 28.08.2021
1281
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya rəsmi səfər edəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

O, səfər çərçivəsində avqustun 31-də Rusiyanin XİN başçısı Sergey Lavrovla görüşəcək.

Görüşdə Qarabağla bağlı üçtərəfli bəyanatın icrası məsələləri, Cənubi Qafqazda iqtisadi və nəqliyyat xətlərinin açılması, humanitar məsələlər, habelə ikitərəfli münasibətlər müzakirə mövzusu olacaq.
 
///Report
OXŞAR XƏBƏRLƏR