"Ermənistanı yalançı təbliğatını rədd etməyə çağırırıq"

"Ermənistanı yalançı təbliğatını rədd etməyə çağırırıq"
Siyasət
14:00 29.07.2023
301

Avropa Şurasının Baş Katibi Mariya Pejçinoviç Buriçin Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinləri üçün təchizat məsələsi ilə bağlı 2023-cü  il 28 iyul tarixli qərəzli bəyanatına cavab olaraq, Qərbi Azərbaycan İcması Avropa Şurasının Ermənistanın fırıldaqçı təbliğatını dəstəkləməsindən və ikili standartlar nümayiş etdirməsindən ciddi narahatlığını bildirir.

Azərbaycanın Qarabağ regionunda yaşayan ermənilər üçün tədarük məsələsi Ermənistanın beynəlxalq rəyi çaşdırmaq üçün ortaya atdığı cəfəngiyyatdır. Belə ki, Ermənistanın göstərişi ilə bir qrup separatçı cinayətkar Azərbaycanın digər bölgələrindən Azərbaycanın Qarabağ bölgəsində ermənilər yaşayan məntəqələrə gedən yolları bağlayaraq, Ermənistandan nəzarətsiz şəkildə tədarük üçün eksklüziv yol tələb edirlər. Azərbaycanın Qarabağ bölgəsində 10 minlik hərbi kontingenti üçün hər vəchlə təchizat yolu axtaran Ermənistan bu mənfur cəhdləri ilə Azərbaycanı şantaj etməyə, Azərbaycanın sözügedən ərazisi üzərində suverenliyini zəiflətməyə və orada separatizm meyllərini gücləndirməyə çalışır.

Bu baxımdan, Ermənistanın "humanitar böhran” barədə saxta rəvayətlərinin Avropa Şurasının son bəyanatında öz əksini tapması təəssüf doğurur.

Ermənistanın etnik təmizləməsindən əziyyət çəkən yüz minlərlə azərbaycanlını özündə birləşdirən Qərbi Azərbaycan İcması 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Ermənistandan və Azərbaycanın işğal olunmuş ərazilərindən zorla qovulmuş bir milyona yaxın azərbaycanlıların çəkdikləri iztirablarına məhəl qoymayan Avropa Şurasının ikili standartlarını və riyakarlığını sərt şəkildə qınayır. Xatırladaq ki, Ermənistan kütləvi qovulma və etnik təmizləmə qurbanı olan Qərbi azərbaycanlıları hələ də öz ata-baba yurdlarına qayıtmaq hüququnu rədd edir. 

Özünü "insan haqlarının qoruyucusu” adlandıran Avropa Şurası Ermənistanın etnik təmizləmə siyasətinə məruz qalmış yüz minlərlə azərbaycanlıların hüquqlarına biganəliyi fonunda, sözügedən saxta "humanitar böhrana” dərhal diqqət yetirməsi onun qərəzliliyini ortaya qoyur. Bu, Şuranın Nizamnaməsində, İnsan Hüquqları üzrə Avropa Konvensiyasında və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş məqsəd və prinsiplərə ziddir.

Avropa Şurası qovulmuş azərbaycanlıların Ermənistandakı evlərinə qayıtmaq hüquqlarını fəal şəkildə müdafiə etməli və onlara qarşı törədilmiş ədalətsizliyin aradan qaldırılmasına töhfəsini verməlidir. 

Biz Avropa Şurasını öz mövqeyinə yenidən baxmağa, Ermənistanın yalançı təbliğatını rədd etməyə, azərbaycanlılara qarşı nümayiş etdiridiyi qərəz və ayrı-seçkiliyinə son qoymağa və ədalətə sadiqliyini qorumağa çağırırıq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'