Ermənistanın yeni Xarici işlər naziri azərbaycanlı imiş - FOTO

Ermənistanın yeni Xarici işlər naziri azərbaycanlı imiş - FOTO
SİYASƏT
17:08 19.11.2020
61039
Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyanla bağlı sosial şəbəkələrdə ilginc məlumatlar yer alıb. Yeni nazirin Vikipediyası onun təyinatından dərhal sonra tam olaraq silindiyi iddia olunur. Bunu sosial şəbəkə istifadəçiləri Ayvazyanın azərbaycanlı olması ilə izah edir.

AZXEBER.COM Axar.az-a istinadən xəbər verir ki, Ara Ayvazyan həqiqətən də Azərbaycanın Hacıqabul rayonunun Nəvahi kəndində anadan olub, atası isə Qüdrət Eyvaz oğlu Xancanovdur.

Ara Qudratoviç Ayvazyan haqqında müvafiq məlumatlar bu gün Vikipediyanın rusdilli şöbəsindən tələsik şəkildə çıxarılıb. İnternetdə yalnız kiçik keş məlumatlar qalıb.

Hazırda Vikipediyada Ayvazyanın yalnız erməni dilində olan səhifəsini tapmaq olar. Orada isə Azərbaycanla bağlı heç bir məlumat yoxdur.
 

 


OXŞAR XƏBƏRLƏR